"Minalı ərazilərin xəritəsinin verilməsində cavabdeh Rusiyadır" - Əziz Əlibəyli
Fidan Həmişəyeva
14:31 11.05.2021
Gündəm
796
Bu gün Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovla görüşüb. Nazirlər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.
Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılmasına və sülhün təmin olunmasına xidmət edəcək iqtisadi və nəqliyyat layihələri, habelə üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr aparıblar.
S.Lavrov qeyd edib ki, bütün humanitar məsələlərin, o cümlədən minalanmış ərazilərin xəritələrin verilməsinin heç bir ilkin şərt irəli sürülmədən həllini istəyirik:
"Ermənistan rəhbərliyi bu problemi həll etməyin zəruriliyini anlayır. Bu istiqamətdə ilk addım atılıb və mən bu barədə Azərbaycan rəhbərliyini məlumatlandırmışam".
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin "Sherg.az"a açıqlamasına görə, əslində rusiyalı nazirin diplomatik müzakirələr zamanı səsləndirdiyi fikirlər əhəmiyyət kəsb etmir. Çünki bu məsələnin prezidentlər səviyyəsində müzakirəsi prosesin əsas mahiyyətini təşkil edir:
"Amma Lavrovun 2 günlük səfəri kifayət qədər geniş gündəliyi əhatə edir. Burada COVİD 19-la bağlı məsələdən tutmuş regionda sabitlik və Qarabağla bağlı mövzu müzakirə olunub. Bir gün öncə Azərbaycan prezidenti Naxçıvana getdi. Ölkə başçısı orada olarkən Ordubaddan Zəngilana dəmir yolu məsələsini diqqətə gətirdi. İstər erməni terroçuların qaytarılması, istər minalı ərazilərin xəritəsi, istərsə də Qarabağda provakasiyaların ardı-arasının kəsilməməsi - Prezidentimiz bunlarla bağlı söylədi ki, belə mövzularda cavabdeh tərəf Rusiyadır. Yəni cənab Prezidentin icazəsi ilə sülhməramlıların Azərbaycan ərazisinə daxil olub iki xalq arasında sülhü təmin etmək üçün nələrsə icra olunmursa, deməli Rusiya 10 noyabr üçtərəfli razılaşmadakı imzasına hörmət etmir. O cümlədən bu imzanın bir çox şahidi, Türkiyə, İsrail, Böyük Britaniya var. Bu baxımdan nəticəyə yönəlik istənilən uğuru əldə edəcəyik".
Minalı ərazilərin xəritələrinin verilməməsinə gəlincə, Ə Əlibəyli vurğulayıb ki, emənilər Azərbaycan əleyhinə əks mövqelərinə davam edəcəklər:
"Çünki Ermənistan tərəfindən hər cür yanaşmanı gözləmək mümkündür. Lakin bizim üçün vacib məsələ kommunikasiya və Qarabağdakı silahlı ermənilərin tezliklə rədd olub getməsidir. Erməni terroçuların qaytarılmasına dair məsələnin həllinə gəlincə, bu, minalı xəritələrin verilməsinə bağlıdır. Minalı xəritələr nə zaman verilərsə, Azərbaycan da müəyyən sayda kimlərisə azad edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə