MN: Laçında birinci rübün nəticələrinə dair yekun iclas keçirilib
11:42 01.05.2022
Gündəm
452
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Laçında dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.
Sherg.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı 2022-ci ilin birinci rübü ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər barədə geniş məruzələrlə çıxış ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiymət, göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.
Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçuların dövlət sərhədi istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə nazirinin tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular təltif olunublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq