Moskva formatının perspektivləri:“Rəsmi Bakı üçün mənfidir” - Gizlinlər...
Yusif Nəzərli
10:48 19.05.2023
Gündəm
515
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb.
Nazirlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların növbəti raundunu keçirmək üçün Rusiya Xarici İşlər Nazirliyinin “Qəbullar evi”nə gəliblər.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl S.Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
Görüşün gizlinlərini "Sherg.az"a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib ki, Moskvadakı təmaslardan gözləntilər böyük deyil:
"Çünki digər formatlardan fərqli olaraq Moskvada Kremlin təklifi müzakirə edilməlidir. Həmçinin orada başqa görüşlərdən fərqli bir bəndin olduğu göstərilir. Həmin fərq isə Qarabağın “statusu”nun sonra müzakirə olunmasıdır.
Düzdür, bəndi dəqiq görməmişəm. Lakin erməni mənbələri bunu yayımlayıb və bildirirlər ki, bu fərqə görə İrəvan Moskva formatına üstünlük verir. Əgər bu həqiqətdirsə, baş tutan danışıqların perspektivləri Azərbaycan üçün mənfidir.
Çünki Prezident də bəyan edib ki, Qarabağda yaşayan ermənilər mövzusu bizim daxili işimizdir və onun müzakirəsi mümkün deyil. Bu baxımdan Bakı məsələni dəqiqləşdirəndən sonra mövqeyinin nə olacağı aydınlaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media