Mühüm açıqlama:“Zəngəzurdan nə qədər çox danışarıqsa...”
Fidan Həmişəyeva
12:57 15.07.2021
Gündəm
1235
“...Ermənistan Qarabağdan bir o qədər az danışar”
“Digər tərəfdən isə ermənilərin indiki havadarları status məsələsini gündəmə gətirəndə onlara cavab olaraq zamanında bölgədən qovulan vətəndaşlarımızın statusu barəsində sual verməliyik”
“Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil”.
Bu sözləri Prezident İlham Əliyev Xocasəndə şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib:
“Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Sabiq Xarici işləri naziri Tofiq Zülfüqarovun “Sherg.az”a açıqlamasına görə, sülh sazişini bağlamaq üçün gərək hər iki tərəfin istəyi olsun:
“Təbii ki, bir tərəfin istəyi yetərli deyil. Əsas məsələ budur: Ermənistan indi o vəziyyətdə deyil ki, köhnə siyasətini, yəni Azərbaycana qarşı ərazi iddialarını həyata keçirsin. Ermənistan darmadağın olub. İqtisadi vəziyyəti pisdir, demoqrafik baxımdan məhv olublar. Hamı başa düşür ki, onların populist bəyanatlardan başqa heç bir əsasları yoxdur. Görürük ki, Ermənistanın siyasi elitası yenə də köhnə şüarlardan əl çəkmirlər və real təkliflərə hələ hazır deyillər. Bu baxımdan sülh sazişinin bağlanması indiki mərhələdə hələ mümkün deyil. Digər tərəfdən geopolitik dəyişikliklər gətirib ona çıxarıb ki, güc balansı tam şəkildə Azərbaycan-Türkiyə tərəfindədir. 86 milyonluq Türkiyə bir yandan, 10 milyonluq Azərbaycan digər yandan və üstəlik hər iki ölkənin ordusu göz qabağındadır. Ermənistanda isə milyon yarım adam qalıb ya yox”.
T.Zülfüqarovun sözlərinə görə, ermənilərin yürütdüyü siyasət onu göstərir ki, qonşulara qarşı ərazi iddiaları onları iflic vəziyyətinə salıb:
“Geopolitik dəyişiklikləri nəzərə alaraq tam əsaslarımız var ki, tarixi ədaləti bərpa edək. 100 il bundan öncə bolşeviklər torpaqlarımızın böyük hissəsini ermənilərə verib. Gərək həm taktiki, həm də strateji məqsədləri nəzərə alaq. Strateji məqsədlər ondan ibarətdir ki, tarixi ədaləti bərpa edək, taktiki baxımdan isə belə mövzuları gündəmə gətirərkən təbii ki, Ermənistanın mövqeyinə ciddi zərbə vuraq. Çünki Zəngəzurdan nə qədər çox danışırıqsa, Ermənistan Qarabağdan bir o qədər az danışar. Digər tərəfdən isə ermənilərin indiki havadarları status məsələsini gündəmə gətirəndə onlara cavab olaraq zamanında bölgədən qovulan vətəndaşlarımızın statusu barəsində sual verməliyik. Yəni həm strateji məqsədlər maraqlarımıza uyğundur, həm də taktiki baxımdan mövqelərimizi gücləndirməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm