Müqəddəs Taxt-Tacın dövlət katibi Azərbaycana gəlir
15:10 07.07.2023
Gündəm
284
İyulun 8-dən 11-dək Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində Müqəddəs Taxt-Tacın dövlət katibinin Azərbaycanın dövlət rəsmiləri, həmçinin dini icmalarının nümayəndələri ilə görüşləri keçiriləcək.
Qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri böyük inkişaf yolu keçib. Ötən il Azərbaycanla Müqəddəs Taxt-Tac arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. 2021-ci ildə Azərbaycan Müqəddəs Taxt-Tacda səfirliyini təsis edib. Bununla əməkdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə yeni təkan verilib.
Azərbaycanla Müqəddəs Taxt-Tac arasındakı siyasi dialoq yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Müqəddəs Tax-Taca rəsmi səfərləri, eləcə də Papa Fransiskin Azərbaycana səfəri bu dialoqun daha da dərinləşməsinə xidmət edir.
Müqəddəs Taxt-Tac ilə Heydər Əliyev Fondu arasında da səmərəli əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpası mədəni irsin qorunmasına mühüm töhfədir. Həmin layihələr dünya mədəni, tarixi və dini irsinin qorunması ilə yanaşı, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafında Azərbaycanın rolunu bir daha təsdiqləyir.
Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlər də həyata keçirilir. Görülən işlər Azərbaycanın sivilizasiyalar və dinlərarası dialoqa, eləcə də dünyada tolerantlığın təşviqinə istiqamətləndirilən addımlardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çempionlar Liqasının finalı almaniyalı hakimə tapşırıldı
19:45 11.05.2026
Futbol
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya