NATO İranın Albaniyaya yönələn kiberhücumunu pisləyib
Yusif Nəzərli
12:41 08.09.2022
Gündəm
388
“Biz Albaniyanın milli informasiya infrastrukturuna edilən son kiberhücumdan sonra onunla həmrəyik. Müttəfiqlər Albaniyanın və digər müttəfiqlərin kiberhücuma görə məsuliyyəti İran hökumətinə aid edən bəyanatlarını bildirirlər. Biz müttəfiqin sabitliyini pozmaq və təhlükəsizliyinə zərər vurmaq, həmçinin vətəndaşların gündəlik həyatına müdaxilə etmək məqsədi daşıyan bu cür zərərli kiberfəaliyyətləri qətiyyətlə pisləyirik”.
“Report” xəbər verir ki, bu fikirlər NATO-nun İranın Albaniyaya kiberhücumu ilə əlaqədar bəyanatında qeyd olunub.
“NATO və müttəfiqlər gələcəkdə bu cür zərərli kiberfəaliyyətlərə tab gətirmək və dəf etmək üçün kibermüdafiə imkanlarını gücləndirməkdə Albaniyaya dəstək verir. Zərərli aktorlar kritik infrastrukturumuzu çökdürməyə, dövlət xidmətlərimizə müdaxilə etməyə, kəşfiyyat məlumatları əldə etməyə, əqli mülkiyyəti oğurlamağa və hərbi fəaliyyətlərimizə mane olmağa çalışırlar. Müttəfiqlər kritik infrastrukturlarını qorumaq, dayanıqlıq yaratmaq və kibermüdafiələrini gücləndirmək öhdəliyinə sadiqdirlər. Biz gələcəkdə bu cür zərərli kiberfəaliyyətlərə qarşı ehtiyatlılığımızı artırmağa davam edəcək və mümkün kollektiv cavab tədbirləri də daxil olmaqla, kibertəhlükələrin tam spektrinin qarşısını almaq, onlara qarşı müdafiə və onlara qarşı mübarizə aparmaq üçün bir-birimizi dəstəkləyəcəyik”.
Bəyanatda qeyd olunub ki, Alyans azad, açıq, dinc və təhlükəsiz kiberməkanı təbliğ edir:
“Biz Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri tərəfindən tanınan beynəlxalq hüquqa və kiberməkanda məsuliyyətli dövlət davranışının könüllü normalarına hörməti təşviq etməklə sabitliyi gücləndirmək və münaqişə risklərini azaltmaq üçün səylər göstəririk. Biz bütün dövlətləri kiberməkana normalara əsaslanan yanaşmanı dəstəkləmək üzrə beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırırıq”.
Xatırladaq ki, ötən gün Albaniya İranın bu ölkəyə kiberhücumlarından dolayı rəsmi Tehranla diplomatik əlaqələrini kəsib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya