Qələbə paradında hərbi texnikanın nümayiş etdirilməməsi yalnız təhlükəsizlik səbəbləri ilə deyil, həm də xüsusi hərbi əməliyyat çərçivəsində düşmənin tam məğlub edilməsinə ehtiyacla əlaqədardır.
Sherg.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Paradla bağlı məsələyə gəlincə, bilirsiniz ki, biz qərar qəbul etdik ki, bu il yubiley ili deyil, amma buna baxmayaraq Qələbə Günüdür. Biz qərara gəldik ki, bayram tədbirləri mütləq keçirilsin, lakin hərbi texnikanın nümayişi olmadan. Və bu, təkcə təhlükəsizlik baxımından deyil, ilk növbədə ona görədir ki, silahlı qüvvələr bütün diqqətini xüsusi hərbi əməliyyat çərçivəsində düşmənin tam məğlub edilməsinə yönəltməlidir”, — deyə prezident bildirib.
Putin qeyd edib ki, bu qərar Kiyev rejimi nümayəndələrinin təxribat xarakterli bəyanatlarından əvvəl qəbul olunub. Belə ki, daha əvvəl Volodimir Zelenski 9 mayda Moskvaya dron göndərilməsi ilə hədələmişdi.
“Bu qərarlar, şübhəsiz ki, sizin dediyiniz həmin təxribat xarakterli bəyanatlardan xeyli əvvəl qəbul olunmuşdu”, - deyə prezident əlavə edib.