
Neftin qiyməti ən aşağı səviyyəyə düşüb
Yusif Nəzərli
03:31 10.04.2025
Gündəm
501
Birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir
Qlobal ticarət müharibələrinin təsirləri birjalardan da yan keçməyib. Neft bazarında da çaxnaşma dərinləşib. Hazırda hər bareli 61 dollara təklif edilən Brent markalı neft son 3 ayda 31, son 1 həftədə isə 20 faiz dəyər itirib. Hazırda neftin qiyməti COVİD-19 pandemiyasından sonra ən aşağı səviyyədədir. “Qara qızılın” qiyməti ilə bağlı proqnozlar da kifayət qədər bədbindir. ABŞ-nin qarşılıqlı tarif qərarı qlobal ticarətdə 330 milyard dollarlıq azalma gözləntisi ilə yanaşı, dünya iqtisadiyyatında yeni tənəzzül dövrünün başlaması riski yaradıb. “Goldman Sachs” təhlilçiləri neftin bir barelinin qiymətinin 40 dollaradək azalacağını istisna etmirlər.
Millət vəkili Vüqar Bayramov neftin qiymətinin azalmasının Azərbaycana təsirindən danışarkən bildirib ki, ixracatımızın 80 faizinin xam neft təşkil etdiyini nəzərə alsaq, birjalardakı dəyişikliklər ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. Deputatın sözlərinə görə, mövcud qiymətlər Azərbaycan üçün də arzuolunan deyil:

"Sözsüz ki, neftin dünya bazar qiymətinə qısamüddətli deyil, eyni zamanda uzunmüddətli dövrdə baxılmasına ehtiyac var. Xüsusilə yarımillik və illik müddətdə orta qiymət çox önəmlidir. Aşağı neft qiymətlərinin sosial ödənişlərə təsirlərinə gəldikdə isə sosial xərclərlə bağlı hər hansı azalma gözlənilmir. Büdcə xərclərində sosial ödənişlərin payı 41 faizdir. Büdcənin qeyri-neft gəlirləri 51 faizdir. Fiskal neft gəlirlərimizin əhəmiyyətli hissəsini təşkil edən Dövlət Neft Fondunun büdcə transfertləri 2025-ci ildə 14 milyard 481 milyon manat nəzərdə tutulub. Neft fondunun aktivlərinin 60.0 milyard dollardan çox olduğunu nəzərə alsaq büdcə transfertləri üçün hər hansı çətinliyin olmaması aydınlaşır. Bu da bütün sosial layihələrin vaxtında maliyyələşdirməsinə imkan verir. Bu baxımdan, neftin aşağı qiymətləri 2025-ci ildə sosial öhdəliklər üçün hər hansı çətinlik yaratmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət