Netanyahu Qəzzada müharibəni bərpa edəcəyinə söz verib
Yusif Nəzərli
02:51 17.01.2025
Gündəm
399
İsrailin baş naziri Benyamin Netanyahu hakim koalisiyanın parçalanmasının qarşısını almaq üçün ifrat sağçı tərəfdaşlarına Qəzza zolağında müharibənin yenidən başlaya biləcəyinə söz verib.
APA xəbər verir ki, bu barədə “Washington Post“ (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Bağlı qapılar arxasında Netanyahu ifrat sağçı müttəfiqlərinə müharibənin ilk, 42 günlük atəşkəs mərhələsindən sonra yenidən başlaya biləcəyini vəd edir”, – qəzet qeyd edir.
HƏMAS-la Qəzza zolağında atəşkəs razılaşması barədə xəbərlərdən sonra Netanyahu əsas müttəfiqləri olan maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin kəskin tənqidi ilə üzləşib və onlar istefa verməklə hökuməti hədələyiblər.
Qeyd edək ki, İsrail və HƏMAS ilkin mərhələdə 42 günlük atəşkəs barədə razılığa gəliblər. Müqavilə yanvarın 19-dan qüvvəyə minəcək. Tərəflər girovların azad edilməsi ilə bağlı da razılığa gəliblər.
İsrailin 2023-cü il oktyabrın 8-dən sonra həbsdə olan 1000 Qəzza məhbusunu azad edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm