Netanyahu Türkiyəni hədəf aldı: “Yeni rəqiblərin ortaya çıxmasının qarşısını almalıyıq”

İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda Türkiyə ilə bağlı sərt açıqlamalar verib.

Sherg.az xəbər verir ki, Netanyahu İsrailin kiçik ölkə olduğunu bildirərək ölkəsinin gələcəyini qorumaq üçün mümkün təhdidlərə qarşı əvvəlcədən hərəkət etməli olduğunu deyib. O, xüsusilə “Türkiyə kimi yeni rəqiblərin ortaya çıxmasının qarşısını almalıyıq” ifadəsini işlədib.

Netanyahu həmçinin “düşmənlərinin” onun istefasını tələb etdiyini və İsrailin onlara zərbə endirəcəyini bildirib.

İsrail Baş naziri Qəzzaya hücumlarla bağlı da sərt mövqeyini davam etdirərək, lazım gələrsə, bütün Qəzzanı işğal edə biləcəklərini söyləyib.