Nəzrin Mansurlunun ölümünə görə saxlanılan cərrah həbs olunub - YENİLƏNİB
Yusif Nəzərli
14:31 22.01.2025
Gündəm
555
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı saxlanılan lor cərrahla bağlı qərar verilib.
APA-nın məlumatına görə, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.
Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
17:52
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan lor cərraha ittiham irəli sürülüb.
Bakupost.az xəbər verir ki, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Təqdimata Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Nəzrin Mansurlunu əməliyyat edən cərrah Sənan Mehdiyev başlanan cinayət işi üzrə şübhəli kimi saxlanılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
BMT rəsmisi Azərbaycana iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərə görə təşəkkür edib
12:59 09.09.2026
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq