“Bu, Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın çiyin-çiyinə dayanaraq dövlətə qarşı necə mübarizə apardıqları barədə müəmmalı hekayədir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda seçiciləri ilə görüşündə deyib.
“Levon Ter-Petrosyanın reytinqi buna görə mənfi 25-ə düşüb. Xalqın prinsipsizlik və onurğasızlığa münasibəti budur”, - Paşinyan qeyd edib.
O əlavə edib ki, Vano Siradeqyanın “çox oxumuş, amma az başa düşmüş” sözləri məhz Levon Ter-Petrosyan haqqında deyilib.
Baş nazir Ermənistan və Azərbaycan arasında sülhün institutsionallaşdırılmasına ehtiyac olduğunu, sərhədlərin delimitasiyasının aparılmalı və sərhədlərin açılmalı olduğunu yenidən vurğulayıb.
“Biz sülhü düşüncə tərzinə çevirməliyik. Sülh hərbi əməliyyatların təxirə salınması yox, müharibənin səbəblərinin tamamilə aradan qaldırılması olmalıdır”, - Nikol Paşinyan vurğulayıb.