
Nikolun "tülkü" siyasəti: Rusiya və Avropa İttifaqı arasında var-gəl...
09:16 24.06.2023
Gündəm
282
“Biz təxribatlara getməyəcəyik” Paşinyan Avropa İttifaqını bölgəyə daşımaqda həm də Zəngəzur dəhlizini sığortalamaq niyyətini güdür “Ermənistan Zəngəzur istiqamətindən bizə hansı keçid formasını təklif edəcəksə, eyni qaydada Xankəndi istiqamətində qarşılığını alacaq”
"Avropa İttifaqının Ermənistana əlavə müşahidəçi göndərmək istəyi regionda sülhün təmin edilməsində əhəmiyyətli rol oynaya bilməz". Bunu Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, ilk növbədə Avropa İttifaqı Ermənistandan Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınmasını tələb etməlidir: "Davamlı olaraq sərhədlərimizdə və Qarabağın nəzarət etmədiyimiz ərazilərində atəşkəsin pozulması Ermənistanın sülhə meyilli olmamasının göstəricisidir. Nikol Paşinyan hazırda “tülkü” siyasəti aparır. Rusiya və Avropa İttifaqı arasında var-gəl edən Paşinyan hər iki tərəfdən qazanc götürmək istəyir”.

Ekspertin fikrincə, Avropa İttifaqı Paşinyanı Rusiyadan qoparmaq üçün çox güman ki, Qarabağda qalacaq azsaylı erməni əhali üçün müəyyən “mini status” vəd verə bilər. Lakin Azərbaycanın istəyi olmadan belə bir plan həyata keçə bilməz: “Çünki Prezident İlham Əliyev çox açıq və qəti şəkildə "siyasi müstəqilliyin" olmayacağını bildirib. Dövlət başçısı Azərbaycana inteqrasiya etmək istəməyən ermənilərin çıxıb getməsi üçün heç bir maneə olmayacağını bəyan edib. Hazırda Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilərin sayı bizim kiçik bir qəsəbənin əhalisi qədərdir. Bu qədər azsaylı etnik üçün hər hansı "siyasi statusun" verilməsi beynəlxalq praktikada yoxdur. Ermənilər üçün Rusiya bizim torpaqların hesabına ötən əsrin əvvəlində artıq bir dövlət qurub və bu, onlar üçün yetərindən də artıqdır".
Analitik diqqətə çatdırıb ki, Avropa İttifaqının missiyanın sayını artırmaq barədə qərarı sırf texniki xarakter daşıyır. Bunun tərəflər arasında sülhün təmini üçün hər hansı ciddi rolu, təsiri yoxdur. Onun fikrincə, Paşinyan Avropa İttifaqını bölgəyə daşımaqda həm də Zəngəzur dəhlizini sığortalamaq niyyətini güdür: “Təbii ki, belə provakasiyaya getməyəcəyik. Bizim üçün ən məqbul variant Laçın yolundakı sərhəd-keçid məntəqəsini birdəfəlik qapadaraq münasibətləri beynəlxalq praktikaya uyğun tənzimləməkdir. Ermənistan Zəngəzur istiqamətindən bizə hansı keçid formasını təklif edəcəksə, eyni qaydada Xankəndi istiqamətində qarşılığını alacaq. Bu variant hələlik keçərlidir. Ermənistan tərəfinin sülhdən yayınması isə gələcəkdə region ölkələri üçün böyük problemlər yaşada bilər. Ona görə önləyici addımların atılması da istisna deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə