Nöqtə qoyuldu! - “Qarabağda Azərbaycanın qaydaları işləyəcək”
Banuçiçək Kalbalıyeva
14:11 12.11.2020
Gündəm
1125
“Sərhəd Xidməti, Gömrük Komitəsi kimi strukturlarda ancaq azərbaycanlılar olacaq”
“Rusiyanın yeganə funksiyası təhlükəsizliyi təmin etmək, yarana biləcək hansısa toqquşmanın qarşısını almaqdır”
“Bu şərtlər sadəcə beş il müddətindədir. Beş il sonra, yəni vaxt bitəndə sənədi ratifikasiya etməyə bilərik”
İşğaldan azad edilmiş torpaqlarla bağlı məlum bəyanatın ən mübahisəli məsələrindən biri ora yerləşdirilən sülhməramlı qüvvələrin kimlərdən ibarət olmasıdır. Rusiya rəsmiləri orada ancaq rusların olacağını deyir. Türkiyə isə bildirir ki, adını “vasitəçi” qoyan dövlətlə bərabər hüquqlara malik olacaq. Amma rus sülhməramlıları istənilən halda orda olacaq.
“ Kreml Qarabağda rusiyalılarla birlikdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı danışıqların aparıla biləcəyini istisna etmir, lakin bu günə qədər bu mövzu müzakirə olunmayıb”.- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı danışarkən bunları deyib.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov mübahisəli məsələnin detallarını “Sherg.az”a şərh edib:
“Türkiyə nəzarət məqsədilə yaradılmış xüsusi mərkəzdə təmsil olunacaq. Amma sülhməramlıların tərkibində türk silahlı qüvvələrinin nümayəndəsi olmayacaq. Sadə dillə desək, rus hərbçiləri əllərində avtomat postlarda dayanacaqlar. Amma hansısa bir məqamda mütləq Türkiyə nəzarətçilərinin də rəyi nəzərə alınacaq”.
Ş. Ramaldanovun fikrincə, heç bir narahatlığa əsas yoxdur:
“Bəyanatın 9 maddəsinin hər biri Azərbaycanın maraqlarına uyğundur. Birincisi ərazi bütövlüyümüz təmin olunur. İkincisi isə erməni qoşunları oradan çıxarılır.
Qarabağda Azərbaycanın qaydaları işləyəcək, bizim dövlət strukturlarımız fəaliyyət göstərəcək. Bizimlə birlikdə yaşamaq istəyən isə ya vətəndaşlığımızı qəbul edəcək, ya miqrant həyatı sürəcək.
Sərhəd Xidməti, Gömrük Komitəsi kimi strukturlarda ancaq azərbaycanlılar olacaq. Rusiyanın yeganə funksiyası təhlükəsizliyi təmin etmək, yarana biləcək hansısa toqquşmanın qarşısını almaqdır. Həm də onlar sayca çox azdırlar və demək olar, yalnız yüngül silahlarla təmin ediliblər.
Onu da deyim ki, bu şərtlər sadəcə beş il müddətindədir. Beş il sonra, yəni vaxt bitəndə sənədi ratifikasiya etməyə bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm