Ombudsmanın əməkdaşları cəzaçəkmə müəssisələrinə baş çəkiblər
13:39 24.06.2023
Gündəm
301
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1, 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçirib.
Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilmiş başçəkmələrdə məqsəd müəssisələrdə saxlanılma şəraitinin və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin edilməsi, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin, habelə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsindən ibarət olub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələr çərçivəsində saxlanma şəraitinin araşdırılması məqsədilə müəssisələrinin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissələrinə, yeməkxana, ərzaq anbarı, mətbəxinə baxışlar keçirilib, həmçinin tibbi yardımın təşkili, yemək-qidalanma təminatı, görüş və telefon danışıqları ilə bağlı hüquqların təmin olunması vəziyyəti və sənədləşmə araşdırılıb.
Bununla yanaşı, MPQ üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılmış şəxslər konfidensial qaydada qəbul edilib və onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub, bir sıra müraciətlər yerində araşdırılıb və təmin edilib.
Yekunda cəzaçəkmə müəssisələrinin rəhbərliyi və məsul əməkdaşlarla məhkumların saxlanma şəraiti və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə