Özbəkistan və Ermənistan turizm sahəsində əməkdaşlığı müzakirə etdi

Ermənistanın Daşkənddəki səfiri Georgi Köçəryan Özbəkistanın Turizm Komitəsinin sədr müavini Sancar Taciyevlə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Özbəkistandakı səfirliyi məlumat yayıb.

Daşkənddə keçirilən görüşdə tərəflər Ermənistan və Özbəkistanda turizmin inkişaf proqramlarını və mövcud imkanları təqdim ediblər. Həmsöhbətlər həmçinin iki ölkə arasında turizm sahəsində əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, bu mövzuda bəzi praktik təkliflər irəli sürüblər.