Pakistan müdafiə naziri: ABŞ və İran sülhə yaxındır

“Son bir neçə gündə müşahidə olunan əlamətlər ABŞ və İranın sülh razılaşmasına yaxınlaşdığını göstərir”.

Teleqraf xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.

Nazir bildirib ki, razılaşmanın əldə olunması üçün yenidən əlverişli şərait yaranıb və davamlı sülh regionun maraqlarına xidmət edəcək.