“Parada xüsusi rəng qatan Azərbaycan -Türkiyə birliyi idi” - Münasibət
Yusif Sultanoğlu
14:07 10.12.2020
Gündəm
848
“Qardaş ölkə ilk gündən Azərbaycanın yanında olub, mənəvi dəstək göstərib”
“Ərdoğanın və Türkiyə ordusunun paraddda iştirakı iki dövlət arasındakı sıx əlaqələrdən xəbər verir”
“Bu, Azərbaycan tək olmadığının ismarıcıdır. Biz bununla qürur duyuruq”
Bakının Azadlıq meydanında dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi baş tutub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də göstərilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.
Dövlət başçıları əsgərləri salamlayıblar.Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini səsləndirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış ediblər.
Xalqımız isə ekran qarşısında qürur hissi ilə tarixi paradı izləyib. Bununla yanaşı canlı şəkildə izləmək istəyən vətəndaşlar yol kənarında gözləyib. Onlar əvvəlcə prezidentləri qarşılayıb, daha sonra hərbi texnikaların keçidinə yaxından şahidlik ediblər. Qazilərlə, hərbçilərlə şəkil çəkdirənlər, bayraqlarla zəfər sevinclərini dilə gətirənlər Bakının küçələrini bəzəyib.
Bir sözlə əvəzolunmaz gün, bənzərsiz anlar yaşadıq.
Zəfər paradı ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov hamı kimi qürurlu olduğunu söyləyib:
“Bu gün bir başqa gözəl hisslər yaşadım. Zəfər paradı münasibətilə Azərbaycan əsgərini, xalqımızı və Ali Baş Komandan cənab İlham Əliyevi təbrik edirəm. Paradla qələbəmizi qeyd etdik. Həm də ordumuzun gücünü göstərdik, hərbçilərimizə minnətdarlığımızı bildirdik, şəhidlərimizi yad etdik. Bu qələbə paradı Azərbaycan tarixinə qızıl hərflərlə yazılan səhifədir. Qələbəni 30 il arzuladıq. Bu müddət ərzində hazırlaşdıq. Azərbaycan ordusu döyüş qalibiyyətini yüksəltdi, cənab Prezident Silahlı Qüvvələri müasir hərbi texnikalarla təmin etdi. “Aprel döyüşləri”ndən sonra Prezident bildirdi ki, Azərbaycan və Ermənistan ordularını təkbətək döyüşməyə qoysalar, biz qısa zamanda onların qüvvələrini darmadağın edib, torpaqlarımızı işğaldan azad edərik. Həmin o qüdrəti 44 günlük qısa zamanda düşməni darmadağın edərək göstərdik. Himnimizin sözlərində deyildiyi kimi: -
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!.
Məhz bu sözlər müharibədə öz təsdiqini tapdı. Hərbçilərimiz, əsgərlərimiz can verməyə,qan tökməyə hazır olduqlarını göstərdilər. Azərbaycan xalqının birliyi, ordumuzun hazırlığı bizə qələbə qazandırdı. Artıq bütöv Azərbaycanda yaşayırıq. İndi bizdə məcburi köçkün sözü yoxdur.
Onu da deyim ki, parada xüsusi rəng qatan Azərbaycan - Türkiyə birliyi idi. Qardaş ölkə ilk gündən Azərbaycanın yanında olub, mənəvi dəstək göstərib.
Bu gün paradda da Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın və ordunun şəxsi heyyətinin iştirakı iki dövlət arasındakı sıx əlaqələrdən xəbər verir.
Azərbaycan tək olmadığının ismarıcıdır. Biz bununla qürur duyuruq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol