Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə keçirilən görüşdə sülh gündəliyini və gələcək addımları müzakirə ediblər.
Sherg.az xəbər verir ki, tərəflər “Trampın Beynəlxalq Sülh və Rifah naminə Marşrutu”nun (TRIPP) həyata keçirilməsi, sərhədlərin delimitasiyası, iqtisadi, ticarət və enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə Azərbaycan neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan ərazisindən Ermənistana tranziti iki ölkə arasında sülhün möhkəmlənməsinin praktiki nümunələri kimi qiymətləndirilib.
Liderlər qarşılıqlı etimadın artırılması və uzunmüddətli sülhün möhkəmləndirilməsi üçün birbaşa ikitərəfli təmasları davam etdirmək barədə razılığa gəliblər.