Paşinyanın müavini: Azərbaycan delimitasiya komissiyasının iclasının keçirilməsinə müsbət cavab verib



Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alınıb.

APA xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jusnalistlərə bildirib.

Qriqoryanın sözlərinə görə, danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur.