Paşinyanın Şanxay sammitinə qatılmasına ABŞ və Fransa qadağa qoyub? - AKTUAL
Yusif Nəzərli
08:22 16.09.2022
Gündəm
347
Baş nazir Filip Rikerin gətirdiyi mesajdan, verdiyi vədlərdən sonra Putinlə razılaşmanı pozmaq məcburiyyətində qalıb
Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində iştirak etmədi. Baş nazir buna səbəb kimi ölkədəki prosesləri göstərib. Ekspertlərə görə, Azərbaycan-Ermənistan sərhədindəki son hərbi təxribatı kimlər planlaşdırıbsa, Paşinyanın sammitə getməsini də onlar qadağan ediblər. Əlbəttə, bu cür təxribatdan sonra Paşinyanın gözlənilən görüşə qatılmağa nə üzü, nə də deyə biləcəyi sözü var idi.
Ona görə də çox ciddi təzyiqlərlə üzləşə biləcəyini və ona növbəti dəfə Ermənistanın xeyrinə olmayan bəzi reallıqları qəbul etdirə biləcəklərini düşünürək Səmərqəndə getməyib. Əslində bu hadisənin özü də Azərbaycan-Ermənistan sərhədində baş verən təxribata müəyyən qədər işıq saldı və konkret olaraq səhnə arxasındakı bəzi güclərin kimliyini ortaya qoydu. Bəzi analitiklərin fikrincə, təxribatların arxasında Fransa və ABŞ dayanır. Onların qənaətincə, Fransanın təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasında sərhəddə baş verən təxribatın müzakirə predmeti olması da bunun tərkib hissəsidir.
Politoloq Elxan Şükürlü hesab edir ki, sərhəddəki erməni təxribatları qəsdən sammit ərəfəsində planlaşdırılıb. Analitik düşünür ki, Putin-Ərdoğan və Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünü və görüşlərdə əldə edilə biləcək razılaşmanı pozmaq məqsədilə bu təxribat Paşinyan komandasının özü tərəfindən təşkil olunub:
"Şanxay Əməkdaşlıq Təşkilatı ən ciddi antiqərb blokudur. Bu blokun sammitində Putin-Ərdoğan-Əliyev-Paşinyan görüşünün təşkili və üstəlik, görüşdə Azərbaycanla Ermənistan arasında sülh razılaşmasının əldə edilməsi istiqamətində hər hansı sənədin imzalanması Cənubi Qafqaza təsir imkanlarını itirməməyə çalışan ABŞ və Avropa İttifaqının mövqelərinə də zərbə olacaqdı. İndi aydın olur ki, Putinlə Vladivostokda danışan Paşinyan ŞƏT sammitində iştiraka və dördlü görüşün keçirilməsinə razılıq versə də, ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin gətirdiyi mesajdan, verdiyi vədlərdən sonra Putinlə razılaşmanı pozmaq məcburiyyətində qalıb. Çıxış yolu kimi, Azərbaycanla sərhədlərimizdə təxribat törətməyə əl atıb.
Şübhəsiz, Paşinyanın Qərbin açıq dəstəyi və təhriki ilə Azərbaycan və Rusiya ilə razılaşmanı pozması, sülhdən yayınması onu yenidən Rusiya-Türkiyə-Azərbaycan üçlüsünün təzyiqlərinə məruz qoyacaq.
Ehtimal ki, Qərb Paşinyanı qorumaq üçün həm beynəlxalq təşkilatlar vasitəsilə, həm də Azərbaycandakı şəbəkəsini hərəkətə gətirməklə hərbi əməlliyyatları davam etdirməyimizin qarşısını almağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya