Paşinyanın sülhə dair bəyanatında Qərbin “əli”... - AKTUAL
Fidan Həmişəyeva
14:03 22.07.2021
Gündəm
579
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu təsdiqləyib. Bu barədə o, hökumətin iclasında bildirib.
“Sülh və sabitliyin alternativi yoxdur. Ermənistan hökuməti bölgə üçün dinc inkişaf dövrü açmaq vəzifəsini yerinə yetirməyə qərarlıdır”, - deyə Paşinyan vurğulayıb.Bəzi şərhçilər Paşinyanın Moskvada Azərbaycan vən Rusiya prezidentlərinin görüşündən sonra məhz belə qənaətə gəldiyini iddia edirlər.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Paşinyanın məlum bəyanatını “Sherg.az”a şərh edib.Onun sözlərinə görə, Paşinyanın sülh danışıqları ilə bağlı dediyi vergüldən sonrakı məsələdir:
“Amma vergüldən qabaq yenə də Azərbaycanı demarkasiya və əsirlərlə bağlı mövzuda eyni ritorika ilə ittiham edirdi. Hansı ki, əlimizdə onların əsirlərindən başqa terrorçular da var. Həmçinin Paşinyanın Qarabağın statusu ilə bağlı dediyi məsələ də var idi. Bütün bunlar bütövlükdə Azərbaycanın fundamental maraqlarına ziddir. Hesab edirəm ki, Nikolun səsləndirdiyi bu fikir bəzi politoloqların da iddia etdiyi kimi “cənab Prezidentlə Putin görüşündən sonra Paşinyan məcbur qalıb və belə bəyanat verib” fikri ilə üst-üstə düşmür. Burada tamamilə başqa bir mövzu var. Paşinyan hazırda Fransanın dili ilə danışmağa başlayıb. Təəssüf ki, bu mövzuda onun mövqeyinin özü fransız qalmaqdadır. Yəni söhbət konkret ondan gedir ki, Fransa və Avropa İttifaqı (Aİ) Qarabağ münaqişəsindən istifadə edib bölgəyə daxil olmaq istəyir. Burada da əsas istifadə etdikləri alət isə Paşinyandır”.
Ə.Əlibəyli vurğulayıb ki, Aİ-nın Ermənistana yardımı, ATƏT-in Minsk qrupunun xətti ilə fəallaşmalar, Fransa və ABŞ-ın mövzuya yenidən fərqli formatda daxil olma cəhdləri Rusiya və Türkiyəni oyundan kənar qoymaq və Azərbaycana təsir etməyə hesablanıb:
“Ona görə də Paşinyanın sülhlə bağlı səsləndirdiyi bəyanatın arxasında Aİ-nın “əli” görünür. Məsələ elə bir həddə gəlib çatıb ki, Azərbaycan və Rusiya prezidentinin görüşünün nəticəsi bütövlükdə 10 noyabr razılaşmasına əməl olunmasına dair tərəflərin niyyətlərinə sadiq qalmasının göstəricisi idi. Yəni Azərbaycan Prezidenti ilə Rusiya rəhbərliyi tərəflərin 10 noyabr razılaşmasına nə dərəcədə sadiq olduğunu, gözlənilən antiterror əməliyyatların mümkünlüyü və kommunikasiyaların açılmasını bir daha dəqiqləşdirdilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol