Slovakiya Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllini alqışlayır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini gürcü həmkarı Mixeil Kavelaşvili ilə Bratislavada mətbuata birgə açıqlamasında deyib.
O qeyd edib ki, Gürcüstan Cənubi Qafqaz bölgəsində sabitliyin bərqərar edilməsində həlledici rol oynayır.
Pelleqrini Gürcüstanın Asiya və Avropa arasında həm nəqliyyat, həm də enerji daşıyıcılarının idxalı baxımından strateji mövqeyə malik olduğunu bildirib.
"Bu məsələlərdə heç kəs Gürcüstanı görməzdən gələ bilməz və ondan yan ötə bilməz", - dövlət başçısı əlavə edib.
Prezident Slovakiyanın Gürcüstanla çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb.