Penitensiar xidmətin yeni rəisi kollektivə təqdim olunub
15:35 11.07.2023
Gündəm
410
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunan Mirsaleh Miradil oğlu Seyidov iyulun 11-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən kollektivə təqdim olunub.
Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, bununla bağlı Penitensiar xidmətin Baş idarəsinin rəhbər şəxslərinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ədliyyə naziri çıxış edərək bu il 100 illiyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan mütərəqqi islahatlardan, məhkumların hüquqlarının qorunması üzrə görülən ardıcıl tədbirlərdən, əfv və amnistiya aktlarının geniş tətbiq olunaraq həyata keçirilən humanizm siyasətindən bəhs edib.
Dövlət başçısının cari ilin mayında Ümummilli Liderin yubileyi münasibətilə imzaladığı Əfv Sərəncamının müstəqillik dövrümüzün ən böyük əfv aktı olduğu bildirilib. Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə elan edilmiş amnistiya aktları ilə minlərlə ailələrə sevinc bəxş olunduğu vurğulanıb.
Eyni zamanda, dövlət başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair Sərəncamının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında Fərmanının icrası, o cümlədən cəza siyasətinin humanistləşdirilməsi, həmçinin məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması üçün penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərdən danışılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya