Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bir sıra mühüm açıqlamalar verib.
Peskov bildirib ki, Luqansk Xalq Respublikasının Starobelsk şəhərindəki kollecə endirilən zərbəyə görə məsuliyyət daşıyanların cəzalandırılması vacibdir. Onun sözlərinə görə, hazırda əsas vəzifə dağıntılar altında qalan insanlara yardım göstərmək və axtarış-xilasetmə işlərini davam etdirməkdir.
Sherg.az xəbər verir ki, Kreml nümayəndəsi rejissor Andrey Zvyagintsevin “Minotavr” filmi ilə bağlı suala da münasibət bildirib. O qeyd edib ki, filmin nümayişi ilə bağlı qərar Mədəniyyət Nazirliyinin səlahiyyətindədir və ekran əsərinin məzmunu barədə məlumat olmadığı üçün hər hansı şərh vermək çətindir.
Peskov həmçinin açıqlayıb ki, Rusiya Prezidenti Vladimir Putin mayın 22-də beynəlxalq telefon danışığı aparacaq. Danışığın detalları barədə sonradan qısa məlumat veriləcək.