Peskovdan ABŞ-nin MKİ rəhbərinin Moskvaya səfərinə reaksiya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiya rəsmiləri ilə görüşmək məqsədilə Moskvaya gəlməsi barədə xəbərlərə münasibət bildirib.

Teleqraf xəbər verir ki, D.Peskov Amerika hərbi təyyarəsinin gəlişi ilə bağlı onda heç bir məlumatın olmadığını deyib.

Peskov həmçinin qeyd edib ki, bu həftə Kremldə ABŞ administrasiyasının rəsmiləri ilə görüş planlaşdırılmır.

"CBS News" mənbələrə istinadən C.Retkliffin Moskvada səfərdə olduğunu yazıb.

“Flightradar24” məlumatlarına görə, “Boinq C-17A Globemaster III” hərbi təyyarəsi bu səhər Riqadan Moskvanın “Vnukovo” hava limanına eniş edib. Təyyarə Latviya paytaxtına Merilenddən gəlib.

Orada ABŞ Hərbi Hava Qüvvələrinin prezident təyyarəsi yerləşir.