- İran prezidentinin sözlərinə görə, ABŞ və İsrail İranın “həyati damarlarını kəsərək” ölkə əhalisinə təzyiq göstərməyə çalışır
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın ölkəsinə tətbiq etdiyi dəniz blokadasına və valyuta məzənnəsinin yüksəlməsinə toxunaraq, İranda iqtisadi təzyiqin artdığını bildirib.
Sherg.az xəbər verir ki, Pezeşkian bu barədə ABŞ-da yerləşən “X” sosial media platformasındakı hesabında ölkənin iqtisadi vəziyyəti ilə bağlı paylaşım edib.
İran prezidentinin sözlərinə görə, ABŞ və İsrail İranın “həyati damarlarını kəsərək” ölkə əhalisinə təzyiq göstərməyə çalışır.
“İqtisadi təzyiq artıb. Lakin Allahın yardımı, xalqın dəstəyi və hökumətin səyləri nəticəsində düşmənin iqtisadi müharibə yolu ilə qarşısına qoyduğu məqsədlərə çatmasına imkan vermədik”, - Pezeşkian qeyd edib.
İran Prezidenti həmçinin bildirib ki, hökumət fövqəladə vəziyyətlərin idarə olunması məqsədilə yeni bir strukturun yaradılmasına qərar verib.
Qeyd edək ki, bu gün İranda ABŞ dollarının sərbəst bazarda satış məzənnəsi 269 min tümənə yüksələrək tarixi maksimuma çatıb.