"Politico": Makron və Tusk birgə nüvə təlimlərinin keçirilməsini müzakirə edib


Paris və Varşava Fransanın nüvə çəkindirmə sisteminə inteqrasiya çərçivəsində birgə hərbi təlimlərin keçirilməsini müzakirə edir.

Sherg.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Qdanskda keçirilən mətbuat konfransında bildirib.

Makron deyib ki, müzakirə olunan məsələlər arasında “məlumat mübadiləsi və birgə təlimlər” də yer alır.

Polşa baş naziri Donald Tusk isə qeyd edib ki, müasir dünyada Avropa ölkələrinə nüvə çəkindirmə imkanları zəruridir.

O, daha əvvəl bildirmişdi ki, Polşa və Fransa nüvə çəkindirmə sahəsində əməkdaşlığı davam etdirəcək.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə Avropa İttifaqındakı ABŞ müttəfiqlərinin nüvə potensialını inkişaf etdirmək cəhdlərinin nüvə silahlarının yayılmaması rejimini zəiflətdiyini və dağıdıcı xarakter daşıdığını bildirib.