Premium mənzillər üçün ipoteka şərtlərində YENİLİK! - FOTO
Yusif Nəzərli
06:35 26.10.2021
Gündəm
288
Şəxsi evə sahib olmaq bir çox insanlar üçün böyük və vacib məqsədlərdən biridir. Ancaq gözəl görünüşü, əlverişli ərazidə yerləşməsi, infrastrukturu və bir çox digər üstünlükləri ilə seçilən bir ev almaq o qədər də asan deyil. Daşınmaz əmlak sektorunda ölkənin aparıcı şirkətlərindən biri olan “PMD Group” insanların xəyallarını daha da əlçatan etmək üçün yenilənmiş, daha uyğun və sərfəli satış şərtləri təqdim edir. Yeni şərtlərə əsasən, komplekslərdə mənzillərə artıq 20 deyil, 22 ilə qədər ipoteka krediti ilə sahib ola bilərsiniz. Üstəlik, mənzilləri 30 % yox, sadəcə 20 % ilkin ödəniş etməklə, illik faiz dərəcəsi olaraq isə 10 % deyil, 8 %-dən başlayan ipoteka şərtləri ilə əldə etmək mümkündür.
İpoteka almaq vacib bir qərarıdır və çox diqqətlə düşünülməlidir. Mənzil sahibi olmaq istəyənlər üçün ipoteka kreditinin bir çox üstünlükləri var. İlkin olaraq, ödəmək asandır - ipoteka aylıq olaraq az-az ödənilir və faiz dərəcəsindən asılı olaraq, aylıq ödənişləriniz həmin bölgədə ödəyəcəyiniz kirayə haqqından xeyli aşağı ola bilər. Əlavə olaraq, ipoteka insanların çoxunun öz evinə sahib olmasının yeganə yoludur.
“PMD Group” yeni ipoteka şərtləri ilə şəhərin müxtəlif yerlərində yerləşən, bir çox üstünlükləri ilə seçilən layihələrdən mənzillər təklif edir. Nümunə olaraq, “Gumush Residence”, “Nizami Boutique House”, “Hillside Residence” şəhərin mərkəzində möhtəşəm mənzərəsi, görünüşü, keyfiyyəti və vəd etdiyi həyat tərzi ilə tamamilə fərqli bir konsept gətirən komplekslərdir.
Mərkəzdə yaşamaq anlayışını özündə təcəssüm etdirən premium yaşayış binaları “Üzeyir Hacıbəyli 57” və “Zərifə Əliyeva 53” isə şəhərin modern və ritmik nəbzini tutmağa imkan verir, müasir biznes və alış-veriş mərkəzləri, lüks otellər və butik mağazaların əhatəsində yerləşir.
Şərq rahatlığı ilə qərb keyfiyyətini özündə birləşdirən “Təbriz Evləri” infrastruktur baxımından əlverişli ərazidə, “Xəzri Rezidens” isə Xəzərin düz sahilində, narın qumlu çimərliyin bir neçə addımlığında yerləşir.
İdarəetməsi “PMD Group” şirkəti tərəfindən həyata keçirilən bu yaşayış komplekslərində mənzillərə təklif olunan şərtlərlə sahib olmaq indi daha asan və sərfəlidir. Siz də bu şərtlərdən faydalanmaq üçün www.fmg.az/menzil-satisi saytımızdan məlumat ala və ya *5775 ilə əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13-ə onlayn qeydiyyat bərpa edilib
16:44 20.05.2026
Cəmiyyət
“Sədaqətin Sükutu” layihəsinin hazırlıq mərhələsi başlayıb
16:42 20.05.2026
Ölkə
Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılacaq
16:34 20.05.2026
Elm və Təhsil
“CHP haramın sığınacağı ola bilməz” - Kılıçdaroğludan sərt mesaj
16:26 20.05.2026
Gündəm
Su çəkildikcə dərələrdə qram-qram qızıl yığırlar
16:20 20.05.2026
Maraqlı
İtlərdə ağız qoxusuna qarşı inqilabi kəşf - Alimlər tapdı
16:14 20.05.2026
Sağlamlıq
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region