Prezident Arif Paşayevi təbrik edib
Yusif Nəzərli
07:04 15.02.2024
Gündəm
470
Prezident İlham Əliyev akademik Arif Paşayevə təbrik məktubu göndərib.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Arif müəllim!
Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.
Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır.
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır.
Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir.
Əziz Arif müəllim!
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət