Prezident İlham Əliyevin oktyabr diplomatiyası sübut etdi ki... - RƏY
13:12 11.10.2025
Gündəm
379
Rəsmi Bakı nə Qərbdən, nə Şərqdən asılı deyil, əksinə, hər iki istiqamət arasında körpü və dialoq mərkəzi kimi çıxış edir
Son 10 gün ərzində Prezident İlham Əliyevin diplomatik fəaliyyət qrafiki həm intensivliyi, həm də əhatə etdiyi coğrafiyanın genişliyi baxımından diqqət mərkəzinə çevrilib. Azərbaycan lideri cəmi bir neçə gün ərzində üç müxtəlif istiqamətdə - Avropa, Asiya və türk dünyasını birləşdirən məkanlarda keçirilən yüksək səviyyəli sammitlərdə iştirak edib. Bu dinamika təkcə Azərbaycanın xarici siyasət fəallığının göstəricisi deyil, həm də ölkənin beynəlxalq arenada artan nüfuzunun, balanslı və çoxvektorlu siyasətinin bariz təzahürüdür.
Prezident İlham Əliyevin bu qısa zaman kəsiyində iştirak etdiyi sammitlər - Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşü, Avropa Siyasi Birliyinin Kopenhagendə baş tutan toplantısı, həmçinin MDB Dövlət Başçılarının Düşənbə sammiti Azərbaycanın eyni anda müxtəlif siyasi, iqtisadi və mədəni qütblər arasında körpü rolunu oynadığını nümayiş etdirir.
Bu intensiv diplomatik marafon həm də İlham Əliyevin beynəlxalq gündəliyinin nə qədər gərgin və məqsədyönlü şəkildə qurulduğunu göstərir. Dövlət başçısı bir tərəfdən regional inteqrasiyanı, türkdilli dövlətlərlə əməkdaşlığı və enerji-nəqliyyat layihələrini dərinləşdirir, digər tərəfdən isə Avropa ilə dialoqu, Cənubi Qafqazda sülh təşəbbüslərini və qlobal miqyasda Azərbaycanın maraqlarını qorumaq istiqamətində mühüm platformalarda iştirak edir. Bir sözlə, son on gün Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin təkcə intensiv mərhələsi deyil, həm də Azərbaycanın çoxşaxəli və strateji xarici siyasət kursunun praktik ifadəsinə çevrilib.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, 2025-ci ilin oktyabr ayı Azərbaycan diplomatiyası üçün intensiv və strateji baxımdan vacib bir dövr kimi yadda qaldı:
"Prezident İlham Əliyevin eyni ayda üç mühüm beynəlxalq platformada Kopenhagen, Düşanbə və Qəbələ görüşlərində iştirakı ölkəmizin çoxvektorlu, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunu bir daha nümayiş etdirib.
Bu üç görüşün hər biri ayrı coğrafi məkan və siyasi orbitdə baş tutsa da, onları birləşdirən ümumi məxrəc Azərbaycanın müstəqil, çoxqütblü və rasional diplomatiya modeli idi.
Oktyabrın əvvəlində Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi Zirvəsi Azərbaycanın Avropa ilə siyasi və iqtisadi münasibətlərinin yeni mərhələyə keçdiyini göstərib. Prezident İlham Əliyev burada Avropa İttifaqı rəhbərliyi və bir sıra dövlət başçıları ilə görüşərək enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sülh prosesinə dair vacib mesajlar verib.
Kopenhagen platformasında əsas mesaj ondan ibarət idi ki, Azərbaycan Qərblə münasibətləri konfrontasiya deyil, qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurur. Bakı Avropanın enerji təhlükəsizliyində təkcə qaz təchizatçısı deyil, həm də yaşıl enerji və infrastruktur layihələrinin etibarlı tərəfdaşı kimi çıxış edir.
Düşanbə görüşü Azərbaycan üçün postsovet məkanında praqmatik əməkdaşlıq və siyasi dialoqun dərinləşdirilməsi platforması rolunu oynayıb. Bu, Bakı üçün həm regional sabitlik, həm də milli maraqların qorunması baxımından önəmlidir.
Qəbələdə keçirilən TDT Zirvəsi isə Azərbaycanın türk dünyasının ideoloji və strateji mərkəzinə çevrildiyini təsdiqləyib. Prezident İlham Əliyev türk dövlətlərinin hərbi, iqtisadi və mədəni birliyini gücləndirən konseptual çıxışı ilə bu platformanı regional sabitliyin dayaqlarından birinə çevirdi. Qəbələ görüşü həm də Azərbaycanın liderlik statusunun təkcə regional deyil, sivilizasion səviyyədə tanınmasına xidmət edib".
Politoloqun fikrincə Qərb, MDB və Türk dünyası platformaları Azərbaycanın çoxqütblü diplomatiyasının balansıdır:
"Prezident İlham Əliyevin oktyabr diplomatiyası göstərdi ki, rəsmi Bakı nə Qərbdən, nə Şərqdən asılı deyil, əksinə, hər iki istiqamət arasında körpü və dialoq mərkəzi kimi çıxış edir. Azərbaycanın xarici siyasətindəki oktyabr ayında “üç platforma , bir strategiya” yanaşması müxtəlif qütblərdə yerləşən beynəlxalq aktorlar üçün də bir siqnal olmalıdır. Azərbaycan prioritet olaraq elan etdiyi Türk ailəsi ilə əməkdaşlığın gücləndirilməsi siyasəti ilə yanaşı dayanıqlı balanslı siyasətini davam etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur