
Prezidentin apardığı siyasət gələcəyimizin yeganə qarantıdır - RƏY
14:12 18.12.2024
Gündəm
544
Ağıllı, dəqiqliklə ölçülüb-biçilmiş siyasət nəticəsində, beynəlxalq güclərin aqressiv siyasəti neytrallaşdırılıb
"Xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir". Bu fikri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir: "Dünyada ikinci belə ölkə yoxdur". Prezident qeyd edib ki, buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir: "Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq".
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlı fikirləri konkret faktlara əsaslanır. Deputat vurğulayıb ki, bu, əldə olunmuş uğurlarla təsdiqlənir:

"Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab Prezident tərəfindən yeni çağırışlara uyğun şəkildə həyata keçirilir. Əgər belə olmasaydı, “Əsrin kontraktı” imzalanmazdı, transmilli layihələr icra olunmazdı. Həmçinin, iqtisadiyyatın inkişafından, güclü ordu quruculuğundan, təbii ki, Qarabağın və ətraf rayonların işğaldan azad olunmasından söhbət gedə bilməzdi. Azərbaycan tarixən müxtəlif imperiyaların, beynəlxalq güclərin maraqlarının toqquşduğu məkandır. Ərazi və əhali baxımdan kiçik ölkə olmasına rəğmən, ağıllı, dəqiqliklə ölçülüb-biçilmiş siyasət nəticəsində, həmin güclərin aqressiv siyasəti neytrallaşdırılıb. Bir-birinə zidd ictimai-siyasi quruluşa, geosiyasi təfəkkürə malik böyük dövlətlərlə strateji müttəfiqlik və dostluq münasibətlərinin qurulması son dərəcə çətin işdir. Təsəvvür edin, bir tərəfdən Rusiya və İran kimi dövlətlər, digər tərəfdən isə NATO üzvü olan qardaş Türkiyə, ABŞ, Avropa İttifaqı..".
Parlamentari bəyan edib ki, bu dövlətlərin hər biri beynəlxalq münasibətlər sistemində öz oyununu oynayır:
"Əksər hallarda ziddiyətli oyunlar. Hər birisi Azərbaycanı öz tərəfinə çəkmək istəyir, rəqiblərinə qarşı platforma kimi istifadə etməyə çalışırlar. Münasibətlərdəki cüzi səhv baha başa gələ bilər. Yaxın Şərqdə, Ukraynada və s. regionlarda gedən proseslərin faciəli sonluğu hər kəsə bəllidir. Tarixi keçmişə, mədəniyyətə malik böyük dövlətlər yerlə-yeksan oldular. Milyonlarla insan yurdlarından didərgin düşdü. Aralıq dənizi artıq “böyük qəbiristanlıq” adlandırılır. Azərbaycan Prezidentinin apardığı siyasət müstəqilliyimizin, iqtisadi, siyasi, sosial inkişafımızın, beynəlxalq subyektivliyimizin, gələcəyimizin yeganə qarantıdır. Hər birimiz, böyük zəhmət hesabına yaradılmış, daxili ictimai-siyasi sabitliyin, milli birliyin qorunmasına çalışmalıyıq".
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm