Azərbaycan Türk Ocağının İdarə Heyəti tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlini Türk Dünyasının ədəbi birliyinə verdiyi xüsusi töhfələrə, Azərbaycan türk ədəbiyyatı tarixinin tədqiqi və Cümhuriyyət dəyərlərinin təbliği istiqamətində göstərdiyi xidmətlərə görə təltif edib.

Mükafat alimin uzun illər ərzində elmi, ədəbi və ictimai fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Qeyd edək ki, Bədirxan Əhmədli Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyi üzvüdür. Həmçinin alim AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışır.
Bədirxan Əhmədlinin elmi fəaliyyəti Azərbaycan və Türk Dünyasının ədəbi-mədəni əlaqələrinin araşdırılması, milli ədəbiyyat tarixinin öyrənilməsi və ictimai fikir tarixinin tədqiqi istiqamətlərini əhatə edir.