Putin: “Altay Avropadan daha yaxşıdır”

Rusiya Prezidenti Vladimir Putin Novosibirsk Dövlət Universitetinin gənc alimi Timur Nasıbullovla söhbətində Altayın Avropadan daha yaxşı olması fikri ilə razılaşıb.

Sherg.az-ın məlumatına görə, Nasıbullov bildirib ki, NDU-nu bitirdikdən sonra İtaliyanın Bolonya və Belçikanın Leuven şəhərlərindəki universitetlərdə çalışıb. Onun sözlərinə görə, ən yaxşısı isə Altaydır.

“Bununla tamamilə razıyam”, - deyə Putin bildirib.