Putin: Böyük dövlət şirkətlərinin Moskvadan köçürülməsi paytaxta zərər vurmayacaq

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən plenar iclasda Moskva meri Sergey Sobyaninə müraciət edərək bildirib ki, iri dövlət şirkətlərinin paytaxtdan regionlara köçürülməsi şəhərə heç bir zərər vurmayacaq.

“Xatırladım ki, biz iri dövlət şirkətləri və korporasiyalarının Moskvadan regionlara köçürülməsi barədə razılığa gəlmişik. Məqsəd paytaxtın yükünü azaltmaq, federasiya subyektlərində biznesin inkişafına təkan vermək, onların büdcələrinin gəlir hissəsini gücləndirmək və yeni iş yerləri yaratmaqdır. Sergey Semyonoviç, bu, paytaxta zərər verməyəcək”, - deyə Putin bildirib.