Putin Lavrovun müavinini Türkiyəyə səfir təyin edib

Rusiyanın Türkiyədə yeni səfiri təyin olunub.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edərək, Türkiyə Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin edib.