Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkənin sərhədyanı bölgələrində vəziyyət hələ də mürəkkəb olaraq qalır və insanların doğma torpaqlarında qalmasını təşviq edən tədbirlərə ehtiyac var.
Sherg.az xəbər verir ki, TASS-ın məlumatına görə, Putin bu fikirləri bələdiyyə nümayəndələri ilə görüş zamanı səsləndirib.
Dövlət başçısı qeyd edib ki, xüsusilə Kursk vilayəti də daxil olmaqla sərhəd ərazilərində vəziyyət asan deyil və buna görə də insanların öz yurdlarında qalmasına, köçməməsinə və ya geri qayıtmasına şərait yaradan addımlar vacibdir.