Qardaşa, dosta qapımız açıqdır
Qardaşa, dosta qapımız açıqdır
Yusif Nəzərli
10:05 29.10.2021
Gündəm
804
"Bizim sözümüz imzamız qədər keçərlidir"
Türkiyə şirkətləri Qarabağda həm də yardımçı kimi çıxış edirlər
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı diqqətimi çəkən məqamlardan biri Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulmasıydı”. Bu barədə millət vəkili Sahib Alıyev deyib. Deputat bildirib ki, artıq Türkiyə şirkətləri, iş adamları işğaldan azad olunan torpaqlarımızda təkcə subpodratçı deyil, həm də yatırımçı kimi çıxış edirlər ki, bu da çox önəmlidir:
“Ən maraqlı məqam isə ondan ibarətdir ki, qiymətli mərmər ətiylə tanınan 10 min baş anqus cinsindən olan qaramalın saxlanacağı bu aqropark da, İsrailin tikdiyi min baş camış üçün nəzərdə tutulmuş ferma kimi məhz Zəngilandadır. O Zəngilanda ki bəzi qonşular hərtərəfli dəstək verdikləri Ermənistanın izni ilə işğal altında olarkən oradan həm də otlaq və yem bazası kimi faydalanırdılar. İnidi isə qardaş Türkiyə orada aqropark, dost İsrail camışçılıq ferması tikir. 44 günlük savaş zamanı qərbdəki bir sıra dövlətlərdən fərqli mövqe sərgiləyən, Azərbaycanın torpaq bütünlüyünü dəstəkləyən İtaliya isə həmin fermada yüksək keyfiyyətli "motsarella", "burrata" və digər növ pendirlərin istehsalını həyata keçirməyə hazırlaşır”.
S.Alıyev xatırladıb ki, Prezident İlham Əliyev ötən il etdiyi çıxışlarında özəlliklə vurğulayırdı ki, 44 günlük savaş zamanı hansı dövlətin özünü necə apardığını heç vaxt unutmayacağıq:
“İşğaldan azad olunan torpaqlardakı quruculuq işlərinə də ilk növbədə məhz o dövlətlərin şirkətləri dəvət olunacaq ki, haqqın, beynəlxalq normaların, Azərbaycanın yanında yer alırlar. Yəqin cənab Prezidentin "Bizim sözümüz imzamız qədər keçərlidir" fikrini xatırlayırsınız. İşğalçı Ermənistana hər cür dəstək verənlərin otlaq və örüşlərindən faydalandıqları Zəngilanda 44 günlük savaş zamanı yanımızda yer alan dövlətlərin şirkətləri quruculuq prosesinə cəlb edilir, yatırım qoyurlar. Geosiyasi reallıq məhz belə dəyişdirilir. Bəzi dövlətlər də məhz bundan qıcıqlanırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat
Sabah 27 dərəcə isti olacaq
12:25 20.05.2026
Ekologiya