
Qarşıdakı aylarda sülh sazişi imzalanacaq? - RƏY
13:46 18.11.2023
Gündəm
669
Danışıqlar kəsildi Paşinyan Rusiya platformasında danışıqların getməsində, sülh müzakirələrində həvəsli görünmür
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün üç əsas prinsipinin razılaşdırıldığını söyləyib. Onun sözlərinə görə, bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib. Paşinyan bildirib ki, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından gedir: "Digər prinsip suverenliyin və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların açılmasıdır. Əgər prinsiplər razılaşdırılıbsa, sülh müqaviləsini niyə imzalamırıq? Bunun əsas səbəbi tərəflər arasında etimadın olmamasıdır. Hər dəfə biz Azərbaycanın bəyanatlarında, onlar isə bizim bəyanatlarda razılaşmadan imtina, aqressiv hərəkətlərin davamını görürük. Bu, mətnin üzərində işə neqativ təsir göstərir”. Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da bildirib ki, İrəvan Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur: “Müxtəlif təkliflər, müzakirələr var. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Burada heç bir problem yoxdur, sadəcə olaraq texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İş davam edir”. Erməni politoloq Suren Surenyants deyib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar, əslində, həm Rusiya, həm də Qərb platformalarında dalana dirənib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ardıcıl olaraq regional və ya Moskva formatından yayınır, Azərbaycan hakimiyyəti isə Qranada və Brüssel sammitlərində iştirakdan imtina etdikdən sonra indi də Vaşinqtona getməyəcəyini bəyan edib: “Hazırkı vəziyyət qlobal tendensiyalarla bağlıdır. ABŞ başda olmaqla, Qərb qlobal hegemonluğunu qoruyub saxlasa da, bir tərəfdən Ermənistana “yerdə” kömək etmək, digər tərəfdən isə Azərbaycana təzyiq etmək üçün kifayət qədər təsir rıçaqlarına malik deyil. Bakı bütün bunları başa düşərək, qiymətini qaldırmağa çalışır”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında deyib ki, qarşıdakı aylarda Vaşinqton, Brüssel, hətta Rusiya platformalarında Azərbaycan və Ermənistan arasında təmasların olması istisna edilmir. Lakin partiya sədri hesab edir ki, yaxın dönəmdə hansısa sülh sənədinin imzalanması ehtimalı çox zəif, hətta mümkünsüzdür:

"Azərbaycanın konkret şərtləri var. Rəsmi Bakı beynəlxalq hüququn normalarına uyğun, 5 əsas baza prinsipini İrəvana təqdim edib. Ermənistan məhz həmin şərtlər daxilində Azərbaycanla razılaşmalı və sülh sənədinə imza atmalıdır. Göründüyü kimi, Ermənistan müxtəlif bəhanələrlə bu şərtləri qəbul etməkdən yayınır. Qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistan rəhbərliyi, o cümlədən digər rəsmilər 2020-ci ildən bu yana hər ilin sonuna doğru "il yekunlaşana kimi sülh bağlanmalıdır, bağlanacaq" şəklində bəyanlar verirlər. Buna baxmayaraq, ötən üç il ərzində heç bir irəliləyişə şahidlik etməmişik. İrəvan hökuməti üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etməyib. Bu da göstərir ki, Ermənistan iddialarının əksinə olaraq, sülh müqaviləsinin imzalanmasına hazır deyil".
A.Əlizadə vurğulayıb ki, Ermənistan Rusiyadan tamamilə üz döndərib və Qərbə doğru meyillənib: "Ermənistan KTMT-nin tədbirlərindən və təlimlərindən birmənalı imtina edir. De-yure təşkilatın üzvü kimi qalsa da, de-fakto KTMT-dən uzaqlaşıb. Nikol Paşinyan Rusiya platformasında danışıqların getməsində, sülh müzakirələrində həvəsli görünmür. Ona görə də Ermənistan rəsmiləri ancaq Vaşinqton və ya Brüssel görüşlərindən danışır, sülh müqaviləsinin həmin məkanlarda imzalana biləcəyini iddia edirlər".
Oxşar xəbərlər
Brüsselin “demokratiya qalası” silkələnir: Avropa Parlamenti öz evindəki milyonları görmür?
14:43 17.09.2026
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
13:54 17.09.2026
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
13:32 17.09.2026
Nə edim, Samvel kimi deyim ki, ruslar Ermənistandan getsələr, yiyəsiz qalacağıq? - Paşinyan
13:26 17.09.2026
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət