
Qarşıdan quraq, soyuq və çətin bir qış gəlir - AÇIQLAMA
09:06 16.11.2023
Gündəm
622
Bu il yağıntıların illik miqdarında çox kəskin dəyişikliklər var Məhsuldarlıq kəskin azalacaq, suvarılan ərazilərdə su qıtlığı yaranacaq
"Havanın orta illik temperaturunun artması qida böhranlarına səbəb ola bilər".
Bu sözləri Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteorologiya Forumunda deyib.
O, son günlər dünyada iqlim dəyişikliklərinin fəsadlarının müşahidə edildiyini bildirib: “Elmi araşdırmalara görə, dünyada havanın orta illik temperaturu 1,1 dərəcə artıb. Əgər temperatur 2 dərəcəyə yüksəlsə, qida böhranları, müharibələr yaşana bilər. İqlim dəyişikliyinin ən böyük səbəbi də sənayeləşmə, şəhərlərin böyüməsidir. Dünyanı ən çox çirkləndirən dövlətlər sırasında Hindistan, ABŞ kimi ölkələr var”.
Nazir həmçinin Azərbaycan və Türkiyənin gözəl coğrafiyada yerləşdiyini də vurğulayıb: "Türkiyə olaraq hər zaman istər siyasi, istər ekoloji, istər iqtisadi, istərsə də digər baxımdan qardaş ölkə Azərbaycanın yanında olacağımızı bildiririk".
Qeyd edək ki, qlobal iqlim dəyişikliyinin özünü büruzə verən fəsadlarından biri də son illər dünyada, o cümlədən də ölkəmizdə qışda yaz, yayda payız havasının müşahidə edilməsidir. Adətən noyabr ayına az qalmış havalar soyuyar, yağış, bəzən hətta qar yağardı. Bu il isə adət etdiyimizdən fərqli hava şəraiti hökm sürür. Payızda yaz havası hökm sürür. Ekoloqlar isə bunu qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirir. Qeyd edirlər ki, qlobal iqlim dəyişikliyi dünyanın bəzi bölgələrində qasırğaların, sel və daşqınların artmasına səbəb olub. Həmçinin davamlı quraq havanın da təbiətə bir çox mənfi təsiri var. Bu, ilk növbədə insanların və heyvanların həyatı üçün ciddi təhlükə hesab olunur.
Ekoloq Rövşən Abbasov isə “Sherg.az"a açıqlamasında deyib ki, havaların bu cür keçməsi ilk baxışdan normal görünə bilər:

"Biz ayrı-ayrı illərdə biz payızın daha qısa, bəzən isə daha uzun olduğunu müşahidə edə bilirik. Lakin ötən illərlə müqayisədə bu il yağıntıların illik miqdarında çox kəskin dəyişikliklər var. Adətən payız fəslində, daha dəqiq desək, oktyabr-noyabr ayları yağıntılı keçirdi. Bu il isə sentyabr ayında yağış yağdı, oktyabr-noyabr aylarında isə quraqlıq müşahidə edilir. Bu isə kənd təsərrüfatına çox ciddi zərbə vuran bir haldır. Küləkli hava quraqlıqla müşahidə ediləndə torpaqda olan rütubət azalır. Bu da qış otlaqlarında məhsuldarlığı kəskin azaldır. Həm də suvarılan ərazilərdə su qıtlığına səbəb olacaq. Adətən payız ayları yağıntılı olanda qış aylarında otlaqlar məhsuldar olur. Heyvanların yemi çox olur. Hazırkı hava şəraiti deməyə əsas verir ki, qarşıdan quraq, soyuq və çətin bir qış gəlir”.
Ekoloq əlavə edib ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq