Qəzza razılaşmasının birinci mərhələsi açıqlanıb: - Atəşkəs, əsir mübadiləsi
Yusif Nəzərli
01:17 16.01.2025
Gündəm
402
Qəzza zolağında atəşkəs razılaşması üç mərhələdən ibarət olacaq, birincisi mərhələ yanvarın 19-da qüvvəyə minəcək və 42 gün davam edəcək.
"Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Qətər, Misir və ABŞ-nin təmsil olunduğu Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlarda iştirak edən vasitəçilərin bəyanatında deyilir.
"Misir ərəb Respublikası, Qətər Dövləti və Amerika Birləşmiş Ştatları Qəzzadakı münaqişə tərəflərinin girovların məhbuslara dəyişdirilməsi və davamlı sabitliyə qaytarılması barədə razılığa gəldiklərini elan edirlər - bununla da tərəflər 19 yanvar 2025-ci ildə qüvvəyə minən daimi atəşkəs barədə razılığa gəldilər", - sənəddə deyilir.
Vasitəçilər əlavə ediblər ki, atəşkəs üç mərhələdə həyata keçiriləcək. “Bunlardan birincisi 42 gün davam edəcək və atəşin dayandırılması, İsrail qoşunlarının Qəzzanın sıx məskunlaşdığı ərazilərdən çıxarılması, (Qəzzadakı) girovların (İsraildəki) məhbuslarla dəyişdirilməsi, meyitlərin dəyişdirilməsi, məcburi köçkünlərin Qəzza zolağındakı yaşayış yerlərinə qaytarılması, həmçinin xəstə və yaralı fələstinlilərin anklavdan təxliyəsinin asanlaşdırılması”, - bəyanatda vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm