Qəzza üçün ilk şərt: ABŞ-la masaya əyləşən Netanyahunun ən böyük qorxusu
Qəzza üçün ilk şərt: ABŞ-la masaya əyləşən Netanyahunun ən böyük qorxusu
12:59 23.10.2025
Gündəm
466
İsrail Baş Naziri Netanyahunun ABŞ vitse-prezidenti JD Vance ilə dünən keçirdiyi görüşdə Qəzza ilə bağlı “üç qırmızı xətt” təqdim etdiyi iddia edilir.
Sherg.az türk mediasıba istinadən xəbər verir ki, İsrail Baş Naziri Binyamin Netanyahu iddialara görə dünən ABŞ prezidenti JD Vance ilə görüşdə Qəzzanın gələcəyi ilə bağlı ABŞ idarəsinə “üç qırmızı xətt” təqdim edib.
“Kanal 12”-də yer alan xəbərə görə, Netanyahunun ilk qırmızı xətti Türkiyə əsgərinin Qəzzaya girməsinə qəti etirazı olub. Netanyahunun bu mövqeyi, Türkiyənin bölgədə sülh və sabitlik səylərinə birbaşa əngəl yaratmaq cəhdi kimi qiymətləndirilib.
İkinci qırmızı xətt isə Qəzza idarəsində Hamasaa heç bir şəkildə yer verilməyəcəyini göstərir. İsrailin bu mövqeyi, ekspertlərə görə, Fələstin xalqının demokratik iradəsini gözardı edərək bölgədə təhlükəsizlik böhranını dərinləşdirmə riski daşıyır.
Üçüncü qırmızı xətt isə HAMAS tamamilə silahsızlandırılmadan İsrail ordusunun Qəzzadan çəkilməyəcəyini göstərir. Netanyahunun bu yanaşması, İsrailin aqressiv siyasətini davam etdirmə niyyətinin açıq göstəricisi kimi dəyərləndirilir.
“Kanal 12”-yə danışan mənbələr bildiriblər ki, Netanyahu görüşdə “bu üç qırmızı xətt” mövzusunda JD Vance qarşısında israrçı olub.
ABŞ prezidenti Trampaa yaxın mənbələr isə qeyd ediblər: “Bu ana qədər həm İsraili, həm də HAMAS-ı nəzarət altında saxlamağa müvəffəq olduq”. Lakin ABŞ, Türkiyəni planın uğuru üçün kritik hesab edir və Fələstin İdarəsinin də prosesə daxil edilməsinin vacib olduğunu bildirərək, “Bu, Netanyahunu gələcək mərhələlərdə çətin vəziyyətə sala bilər” deyiblər.
Digər tərəfdən, Netanyahunun ofisi Qəzzada yaradılacaq Beynəlxalq Sabitlik Qüvvəsinə Türkiyənin daxil edilməyəcəyini qəti şəkildə açıqlayıb. “Sky News Arabia”nın xəbərinə görə, Netanyahu Misir və İordaniya tərəfindən təlim keçmiş Fələstin təhlükəsizlik qüvvələrinin Qəzzaya yerləşdirilməsinə də qarşı çıxıb.
Netanyahu çərşənbə günü JD Vance ilə keçirdiyi mətbuat konfransında ona “Qəzzada Türk əsgəri” ilə bağlı verilən suala dolayı cavab verərək “Bu mövzuda qərarım aydındır” demişdi.
Bundan başqa, günlərdir Tel-Əvivdəki yüksək səviyyəli rəsmilər və İsrailli ekspertlər Qəzzada yenidənqurma planında Türkiyənin oynadığı aktiv rola etiraz edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi