Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər

Dəmir yolu ilə Ermənistana taxıl daşımaları artıq sabitləşdiyi vaxtda Rusiya Krasnodar vilayətindən Yuxarı Lars vasitəsilə Ermənistana avtomobil daşımalarını dayandıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Avrasiya Nəqliyyat Dəhlizinin İnvestisiya Mərkəzinin (TRRC) hesabatında deyilir.

Gürcüstanlı ekspertlər hesab edirlər ki, Rusiyanın strategiyası bəzi yük axınlarını dəmir yoluna yönəltməkdən ibarətdir. Buna nümunə kimi Ermənistan yüklərinin, əsasən taxıl məhsullarının Azərbaycan ərazisi vasitəsilə göndərilməsi göstərilir.

“Moskva bununla strateji əhəmiyyət daşıyan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin yükünü azaltmağa çalışır”, - məlumatda bildirilib.