Rusiya səfirliyi: “Bu ağrını bizimlə bölüşən azərbaycanlılara təşəkkür edirik”
08:02 23.03.2024
Gündəm
319
“Bu terror aktına biganə qalmayanlara və bu ağrını bizimlə bölüşənlərə ürəkdən təşəkkür edirik”.
“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Yelizaveta Qlerezka bildirib.
“Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”un konsert zalında baş verən dəhşətli faciə bizi şoka salıb. Ölənlərin və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik oluruq. Azərbaycan sakinləri qanlı terror aktı qurbanlarının xatirəsini yad etmək üçün Rusiyanın Bakıdakı səfirliyinin binası önünə gül dəstələri düzürlər. Biganə qalmayanlara və bu ağrını bizimlə paylaşanlara ürəkdən təşəkkür edirik. Prezident İlham Əliyevin adından başsağlığı, Xarici İşlər Nazirliyinin, eləcə də Nazirlər Kabinetinin başsağlığı da verilib”, - o vurğulayıb.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 82-yə çatıb, 183 nəfər yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq