Rusiyanın Azərbaycana jesti... - ABŞ hərbi ekspertlərindən reaksiya

Rusiyanın məqsədi Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq deyil, Cənubi Qafqazda mövcudluğunu saxlamaqdır.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib.
“Rusiya Azərbaycan və Ermənistan arasında balans saxlayaraq, hər iki tərəfin ayrı-ayrı maraqlarını dəstəkləyərək, əslində uzunmüddətli və effektiv sülh sazişinin real müzakirəsini öz maraqlarına uyğun olaraq təxirə salmağa çalışır”, - deyə İnstitutun hesabatında deyilir.
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu yaxınlarda keçirilən üçtərəfli danışıqlar başlamazdan əvvəl Rusiya xarici işlər nazirinin köməkçisinin Lavrova "Qarabağı "keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti" adlandırmayln, çünki bu, Azərbaycan tərəfinin xoşuna gəlməyəcək" dediyini xatırladan Müharibə Araşdırmaları İnstitutunun ekspertləri bu faktı belə dəyərləndiriblər:
“Bu, Ermənistana Rusiyanın Azərbaycana xoş gəlmək istədiyini göstərən sadə, lakin təsirli manipulyasiya taktikası idi”.