Rusiyanın İrana göndərdiyi humanitar yardım Astara gömrüyündə - FOTO

Rusiyadan İrana göndərilən üçüncü humanitar yardım karvanı Cənub Astara dövlət sərhədində buraxılış məntəqəsinə daxil olub.

Teleqraf xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanı müvafiq gömrük yoxlanışından keçdikdən sonra Şimal–Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınır.

Xatırladaq ki, bundan əvvəl axşam saatlarında 31 vaqondan ibarət humanitar yük qatarı da Astara dəmir yolu sərhəd keçid məntəqəsindən İrana göndərilmişdi.