
Rusiyanın vasitəçiliyi ilə əsirlər qaytarıla bilər
Yusif Nəzərli
07:38 11.05.2023
Gündəm
398
"Sülhməramlı rolunda olmaq təkcə silahlı qarşıdurmanın qabağını almaq demək deyil"
Ermənistanda əsir saxlanılan hərbçimiz Aqşin Bəbirova uydurma, saxta ittihamlarla 11,5 il müddətinə həbs cəzası verilib. Hava şəraitindən dolayı yolu azaraq Ermənistana keçən əsgərimiz Aqşin Bəbirov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurdu. Əsirlikdə olan digər hərbçimiz Hüseyn Axundovla bağlı istintaq tədbirləri davam edir.
Qeyd edək ki, bu ilin aprelində Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülüb.

Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə bildirib ki, əsir düşmüş hərbçilərimizə Ermənistanda saxta ittihamlarla iş açılması erməni xislətinin bariz nümunəsidir. Partiya təmsilçisinin sözlərinə görə, hazırkı zamanda, sülh müqaviləsindən, sərhədlərin tənzimlənməsindən söhbət getdiyi bir ərəfədə onların bu addımı atmaları qətiyyən uyğun addım deyil:
"Dilqəm Əsgərov və Şahbaz Quliyevə də "ömürlük həbs" vermişdilər. Nə oldu? Nəticədə onlar azadlığa qovuşdu. İndiki əsgərlərimizə cinayət işi açmaları və tələsik onlara iş kəsmələri revanşist qüvvələrin təsiri ilədir. Ermənistan hakimiyyəti daxilində siyasi stabillik yoxdur.
Rusiya və İran yönlü qüvvələr, qərbyönlülər var. Radikal, daşnak düşüncəli millətçilər var. Ona görə də əllərinə fürsət düşən kimi hakimiyyətə təzyiq göstərib, radikal qərarlar qəbul etməyə nail olurlar. Ermənistan hakimiyyəti özü də əsirlərlə siyasi bazarlıq etmək amalı güdə bilər. Bakıda həbsdə olan ermənilər sırf diversiya, təxribat əməli törətmiş şəxslərdir. Ancaq bizim əsirlər sadəcə yolu azaraq səhvən onların əlinə düşmüş şəxslərdir".
Ekspert vurğulayıb ki, beynəlxalq təşkilatlar da bu məsələdə ədalətli olmalı, Ermənistana təziq göstərməlidir ki, əsir əsgərlərimizi azad edək:
"Hər zaman olduğu kimi əsirlərin azad edilməsi məsələsində Ermənistan cığallıq edir, xislətini gizlətmir. Şübhəsiz, bu da İrəvanın ziyanına olacaq. İndi zaman başqadır.
Qalib bir dövlətlə ancaq xahiş dili ilə danışa bilərlər. Hesab edirəm ki, Rusiyanın da vasitəçiliyi ilə əsirlər qaytarıla bilər. Sülhməramlı rolunda olmaq təkcə silahlı qarşıdurmanın qabağını almaq demək deyil. Eyni zamanda savaşa və qarşılıqlı apressiyaya gətirib çıxara biləcək məsələlərin qarşısının alınmasında sülhməramlı missiyanı öhdəsinə götürən tərəfin məsuliyyəti var.
Sərhədlərin delimitasiya və demarkasiyası, sülh müqaviləsinə hazırlıq, Zəngəzur dəhlizi, Qazax və Sədərək rayonlarının kəndlərinin azad edilməsi ərəfəsində Ermənistanın əsirlərimizi həbs etməsi və qondarma ittihamlarla iş kəsməsi proseslərə qarşı təxribatdır. Məsələ gərginləşərsə, bu, ancaq Ermənistanın ziyanına olar. Yaxşı olar ki, Ermənistan tərəfi əsirləri vaxtında, qeyd-şərtsiz azad etsin və odla oynamasın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya