Sahibə Qafarova II İlyanın dəfn mərasimində iştirak etmək üçün Gürcüstandadır

Milli Məclisin sədri Sahibə Qafarova bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Tbilisi Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Gürcüstanın dini lideri, katolikos-patriarx II İlyanın dəfn mərasiminə qatılacaq.