Səfir: Azərbaycan erməni sakinlərinin inteqrasiyasında qətiyyətlidir
11:43 20.07.2023
Gündəm
309
“Azərbaycanın erməni sakinlərinin hüquq və təhlükəsizliyi ilə bağlı çağırışlarına gəlincə, dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməklə, Azərbaycan qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətlidir”.
APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında deyib.
Səfir bildirib ki, bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqədə olmaq, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll etmək üçün ardıcıl və uğurlu səylər göstərib.
“Hökumət onların reinteqrasiyası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə yerli erməni sakinləri ilə dialoq üzrə xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndənin yerli ermənilərlə ilk görüşündən sonra erməni tərəfi aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək Bakıda müzakirələrin növbəti mərhələsini əngəlləyib. Qeyd etmək vacibdir ki, Azərbaycan belə bir dialoqa başlamaq təşəbbüsü ilə çıxış edib və əlavə görüşlərə ev sahibliyi etmək istəyini ifadə etməklə, nəzərəçarpacaq nəticələrə nail olmaq üçün həqiqi sadiqliyini nümayiş etdirib. Bu xoşməramlı jestlər qarşılıqlı olmalı və sui-istifadə edilməməlidir.
İnsan hüquqlarının bərabər və ayrı-seçkiliyə yol vermədən təmin edilməsi Ermənistandan bu ölkədən qovulmuş azərbaycanlıların öz vətənlərinə dinc, ləyaqətli və təhlükəsiz qayıdışına kömək etməklə, onların insan hüquqları ilə bağlı müvafiq sənədlərlə tanınan əsas azadlıqlarından tam şəkildə istifadəsini təmin etməklə öz beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edir”, - diplomat vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm