Səfir Cəlali: Tehran Vaşinqtonla danışıqlar aparmır

İranın Moskvadakı səfiri Kazem Cəlali Tehranın Vaşinqtonla hər hansı danışıqlar aparmadığını bildirib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə “Birinci kanal”a açıqlamasında danışıb. Onun sözlərinə görə, hazırda ABŞ tərəfi ilə heç bir danışıqlar mövcud deyil.

Cəlali qeyd edib ki, bu mövqe İran Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənir. O əlavə edib ki, Yaxın Şərqdə 20 gündən artıq davam edən gərginlik dövründə Tehran heç bir danışıqlar aparmayıb.

Diplomat həmçinin ABŞ prezidenti Donald Trampın açıqlamalarının tez-tez ziddiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ və İran arasında son günlər müsbət danışıqlar aparıldığını bildirmişdi. Bununla yanaşı, İranın “Fars” agentliyi də rəsmi Tehranın ABŞ administrasiyası ilə heç bir təmas qurmadığını yazıb.